“Özbəkistanım” – Tarix, Mədəniyyət və Milli Kimliyin Poeziyada Əksi
Keywords:
Erkin Vahidov, poeziya,Abstract
"Özbəkistanım" şeiri, özbək xalqının vətənə olan dərin sevgisini və milli kimliyini ön plana çəkən təsirli bir əsərdir. Şeir, Özbəkistanın tarixi, mədəniyyəti və təbiətinə dair gözəlliklərə diqqət çəkir. Şair, Özbəkistanın təbiəti və tarixi ilə dərin bir bağlılıq hissini ifadə edərək, ölkəsinin keçmişi və bu günü haqqında geniş simvolik təsvirlər yaradır. Şeirdə tarixi şəxsiyyətlərdən, qəhrəmanlardan və Özbəkistanın elmi nailiyyətlərindən bəhs edilir. Özbək xalqının tarixi mübarizələri, həmçinin bu mübarizənin mənəvi dəyəri vurğulanır. Şair, Spitamen, To‘maris və Alisher Navoiy kimi şəxsiyyətləri şeirə daxil edərək, milli kimliyin formalaşmasında bu tarixi simvolların əhəmiyyətini göstərir. Bununla yanaşı, şeirin dərinliyində, özbək xalqının mübarizə və çətinliklərə qarşı durmaq əzmi xüsusi yer tutur. Müəllif həmçinin vətən sevgisinin həm tarixi köklərə, həm də şəxsi hisslərə bağlı olduğunu ifadə edir. Şeirdə, ana torpağa olan sevgi ilə yanaşı, xalqın yaşadığı kədər və ümidlərin də əks olunması, oxucuya bu duyğularla dolu bir dünya təqdim edir. "Özbəkistanım" şeiri, oxucunu milli kimliyinə və vətən sevgisinə daha dərindən bağlamağa ilham verir, Özbəkistanın tarixi və mədəni zənginliyini qorumağın vacibliyini vurğulayır.