Azərbaycan Dilində Alınma Turizm Terminləri və Onların Nizama Salınma Prosesi
Keywords:
Azərbaycan dili, alınma turizm terminləri, nizamasalınma, unifikasiya, variativlik.Abstract
Məqalədə Azərbaycan dilində işlənən alınma turizm terminləri və
onların nizamasalınma prosesi, unifikasiya məsələləri tədqiq olunmuşdur.
Müəyyənləşdirilir ki, turizm sahəsinin inkişafı turizm leksikasının
da formalaşmasını və inkişafını şərtləndirir. Azərbaycanın digər
ölkələrlə əlaqələrinin genişlənməsi dildə milli terminlərlə yanaşı, alınma
terminlərin istifadəsini zəruri edir. Turizm bir elm sahəsi kimi daha çox
inkişaf etmiş ölkələrdə formalaşdığı üçün turizm terminologiyasında
da alınma terminlər sürətlə artmaqdadır. Dildə alınma turizm terminləri
artdıqca terminlərin nizama salınması, unifikasiyası kimi məsələləri də
aktuallaşır. Turizm terminologiyasında variantlar, paralellər müşahidə
olunur ki, bu da terminlər üçün normativlərin müəyyənləşməsini, nizama
salınması, sistemləşdiriməsi üçün prinsiplərin tətbiq olunmasını zəruri
edir. Məqalədə bir çox alınma turizm terminləri bu aspektdən təhlil
edilmiş və Azərbaycan dilində düzgün istifadəsi göstərilmişdir.